Vətən Müharibəsi Qəhrəmanının şəhid olmasından bir il ötür

Vətən Müharibəsi Qəhrəmanının şəhid olmasından bir il ötür backend

Bu gün Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Ordusunun şəhid mayoru Elbrus Bayramovun anım günüdür.

Qazilər.az xəbər verir ki, E.Bayramovun şəhid olmasından bir il ötür.

Qeyd edək ki, Elbrus Eyvaz oğlu Bayramov 1986-cı ilin dekabr ayının 1-də Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olub. 1994-2002-ci illərdə Milabad qəsəbə tam orta məktəbində, 2002-2005-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Quru Qoşunlarıın zabiti olan E.Bayramov 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. O, Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərib. Oktyabrın 2-də Füzuli döyüşləri zamanı Qərvənd istiqamətində şəhid olub. E.Bayramov doğulub boya-başa çatdığı Beyləqan rayonunun Milabad qəsəbəsində dəfn olunub.

O, hərbidə qulluq etdiyi müddətdə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, E.Bayramova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı, "Vətən uğrunda" medalı və "Füzulinin azad olunmasına görə" medalı verilib.

Ailəli idi, iki övladı yadigar qalıb.

Allah rəhmət eləsin!

loading...
Aydinyol.az