“Türkiyədən müayinədən qayıdırıq, analiz cavabları yaxşı çıxdı, hər şey yaxşı olacaq...”

“Türkiyədən müayinədən qayıdırıq, analiz cavabları yaxşı çıxdı, hər şey yaxşı olacaq...” backend

Xəbər verdiyimiz kimi bir müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkən Vətən müharibəsi qazisi, Baş-leytenant Qəzənfər Mahmud oğlu Ağayevin səhhəti nəzarətə götürülüb. 

 

Qazimizin atası Moderator.az-a açıqlamasında bildirib ki, Qəzənfər “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyəyə müalicəyə göndərilib və analiz cavabları çox müsbət çıxıb. Qəzənfər atasıyla birlikdə bu gün vətənə qayıdıb və bundan sonra müalicəsi burda davam edəcək: 

 

“İndi hal-hazırda Qəzənfərlə birlikdə Türkiyədən rayona qayıdıram. Qəzənfərin vəziyyəti yaxşıdır. “YAŞAT” Fondunun dəstəyi ilə İstabula müayinəyə göndərdilər həkimlər müayinə etdilər. Analiz cavabları yaxşı çıxdı. İnşallah hər şey yaxşı olacaq. Allah hamınızdan razı olsun”. 

 

Qeyd edək ki, Qəzənfər Ağayev 1996-cı il martın 19-da Cəlilabadın Təklə kəndində anadan olub. Vətən müharibəsi zamanı isə Murovdan yüksəkliyi, Suqovuşan və Ağdam uğrunda gedən döyüşlərdə iştirak edib. Bu qəhrəmanlıqlarına görə Baş-leytenant Qəzənfər Ağayev “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. 

 

Xatırladaq ki, bir neçə gün öncə əməkdaşımız qazimizin vəziyyəti ilə bağlı problemi ictimailəşdirmişdi. 

Diaspora