"Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin tapılması istiqamətində də fəaliyyətimiz davam edir".
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
Baş prokuror bildirib ki, bu istiqamətdə aidiyyəti dövlət qurumları və digər ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edilir: "İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra 150-yə yaxın şəxsin meyitini aşkar etmişik. İşğaldan azad olunmuş ərazilərdən onların meyitlərini tapmışıq. Qarşı tərəf də bizə bir neçə nəfərin meyitini təhvil verib".