Vahid əlaqələndirmə mərkəzlərində 1000-dən çox şəhid ailəsi üzvü və qazi qəbul edilib

Vahid əlaqələndirmə mərkəzlərində 1000-dən çox şəhid ailəsi üzvü və qazi qəbul edilib backend

Bakıdakı DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərində ötən dövrdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 1023 şəxs qəbul edilib.

Əmək və Əhalinin Müdafiəsi Nazirliyindən Qazilər.az-a daxil olan məlumata görə, postmüharibə dövründə şəhid ailələri və qazilərə mühüm dəstək tədbirlərindən daha biri Prezident İlham Əliyevin  2021-ci il 25 iyun tarixli Fərmanı ilə vahid əlaqələndirmə mərkəzlərinin yaradılmasıdır. Bu mərkəzlərdə şəhid ailələri və qazilərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə 7 quruma aid 26 xidmət “bir pəncərə”dən, operativ və şəffaf şəkildə, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında göstərilir.

Ötən dövrdə vahid əlaqələndirmə mərkəzlərinə edilən müraciətlərin bölgüsü aşağıdakı kimidir:

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 228 müraciət;
  • Müdafiə Nazirliyi üzrə 478 müraciət;
  • Səhiyyə Nazirliyi üzrə 31 müraciət;
  • Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 63 müraciət;
  • Yerli icra hakimiyyəti orqanları üzrə 86 müraciət;
  • İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 21 müraciət;
  • Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 116 müraciət.

Vahid əlaqələndirmə mərkəzləri:

  • Yasamal,Səbail və Qaradağ rayonları üzrə 1 saylı Bakı DOST Mərkəzində (Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 86),
  • Xəzər və Pirallahı rayonları üzrə 2 saylı Bakı DOST Mərkəzində (Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küç., 30 b),
  • Nizami, Xətai, Sabunçu və Suraxanı rayonları üzrə 3 saylı Bakı DOST Mərkəzində (Nizami rayonu, Heydər Əliyev prospekti, 183 b.),
  • Binəqədi, Nəsimi və Nərimanov rayonları üzrə 4 saylı Bakı DOST Mərkəzində (Binəqədi rayonu, Ziya Bünyadov prospekti, 31-03) fəaliyyət göstərir.

Növbəti mərhələdə ölkəmizin digər bölgələrində də vahid əlaqələndirmə mərkəzlərinin yaradılması nəzərdə tutulur.

loading...
Aydinyol.az