Şəhid ailələri və qazilərə sosial dəstək üçün 17 qanuna əlavə və dəyişiklik edilib

Şəhid ailələri və qazilərə sosial dəstək üçün 17 qanuna əlavə və dəyişiklik edilib backend

Şəhid və qazi ailələrinə sosial qayğı hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olub.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin bu gün keçirilən iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri müzakirə edərkən deyib.

M.Quliyev bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərə sosia dəstək məqsədilə 17 qanuna əlavə və dəyişiklik edilib.

O qeyd edib ki, 30 min bu kateqoriyadan olan şəxs qayğı ilə əhatə olunub. 1293 yaralı hərbiçi ziyarət edilib, onların zəruri ehtiyacları öyrənilib, 1200 müharibə əllili 8830 reabiliasuya vasitələri ilə təmin edilib.

M.Quliyev bildirib ki, bu qanun layihələri də bu syasətin davamıdır. Hazırda qanuna edilən dəyişiklik ötən sessiyada “Məşğulluq haqqında qanuna” edilmiş dəyişikliyə uyğunluq xarakteri daşıyır və şəhid ailələrinin və qazilərin işlə təmin olunmasında onlara üstünlük verilməini nəzərdə tutur.

loading...
Aydinyol.az