YAP şəhid ailələri və müharibə əlilləri ilə bağlı dinləmələr keçirəcək

YAP şəhid ailələri və müharibə əlilləri ilə bağlı dinləmələr keçirəcək backend

Yeni Azərbaycan Partiyası (YAP) şəhid ailələri və müharibə əlilləri ilə bağlı dinləmələr keçirəcək.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Musa Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, dinləmə oktyabr ayında baş tutacaq: “Deputatların da hər birini həmin tədbirdə iştirak etməyə çağırıram”.

loading...
Aydinyol.az