Vergi cərimələrinin bir hissəsi YAŞAT Fonduna köçürüləcək

Vergi cərimələrinin bir hissəsi YAŞAT Fonduna köçürüləcək backend

Vergi orqanları tərəfindən tətbiq edilən sanksiyalardan və cərimələrdən İqtisadiyyat Nazirliyinin hesabına daxil olan vəsaitin bir hissəsi YAŞAT Fonduna köçürüləcək.
 

Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Vergi Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişiklik vergi orqanları tərəfindən tətbiq edilən sanksiyalardan və cərimələrdən İqtisadiyyat Nazirliyinin hesabına daxil olan vəsaitin bir hissəsinin dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar, o cümlədən YAŞAT Fonduna köçürülməsi üçün hüquqi imkanların yaradılmasını özündə ehtiva edir.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib. (apa)

loading...
Aydinyol.az