“Azəriqaz” Hövsan sahibkarlarının problemlərini dinləyəcək

“Azəriqaz” Hövsan sahibkarlarının problemlərini dinləyəcək backend

“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası bu dəfə Bakının Hövsan qəsəbəsində təşkil olunacaq.

Qaziler.az bildirir ki, qəsəbənin quşçuluq, istixana sahiblərinin problem və təklifləri dinləniləcək. Hövsan qəsəbəsində (Poçtla üzbəüz) “Səyyar qəbul otağı” oktyabrın 1-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. Əsas məqsəd sahibkarlıq subyektlərinin daha rentabelli olmasını, daha rahat işləməsini, daha dayanıqlı olmasını təmin etməkdir. “Azəriqaz” İB olaraq sahibkarlara bu istiqamətdə mümkün olan hər bir dəstək verilir və bundan sonra da davam edəcək.

loading...
Aydinyol.az