Floridada Anım Gününə həsr olunmuş təqdimat olub - FOTO

Floridada Anım Gününə həsr olunmuş təqdimat olub -  FOTO backend

Florida Azərbaycan–Amerika Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Nova “Nova Southeastern University”də 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Qazilər.az-a daxil olan məlumata görə, tədbir zamanı Universitetin tələbəsi Nabat Eminova 44 günlük Vətən müharibəsinə dair təqdimatla çıxış edib. Gənc soydaşımız Ermənistan– Azərbaycan münaqişəsinin tarixi barədə ətraflı məlumat verib.

Nabat Eminova qeyd edib ki, sentyabrın 27-də Ermənistanın bütün cəbhə boyu genişmiqyaslı hücumlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Azərbaycan Silahlı Qüvvələri əks-hücumla və antiterror əməliyyatları ilə cavab verib. 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğalçı Ermənistanın ordusu darmadağın edilib, 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılan torpaqlarımız azad edilib və böyük Zəfərə imza atılıb.

O,bildirib ki, müharibənin başa çatmasına baxmayaraq, təcavüzkar Ermənistan minalanmış ərazilərin bütün xəritələrini ölkəmizə verməkdən imtina edir. “Hərbi qarşıdurmanın əsas elementlərindən biri olan minalanmış sahələr problemi aradan qaldırılmayıb. Azad olunmuş torpaqlarda ölən və yaralananların statistikası artmaqda davam edir”, - deyə soydaşımız vurğulayıb.

Nabat Eminovanın təqdimatı maraq doğurub və mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, N.Eminova diaspor fəalıdır və Florida Azərbaycan–Amerika Mədəniyyət Mərkəzinin sədri Töhfə Eminovanın qızıdır.

loading...
Aydinyol.az