Barselonadakı Azərbaycan Evində Anım Günü qeyd edilib - FOTO

Barselonadakı Azərbaycan Evində Anım Günü qeyd edilib -  FOTO backend

İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən Azərbaycan Evində  27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Diasporla İş üzrə DÖvlət Komitəsindən Qazilər.az-a daxil olan məlumata görə, Azərbaycan icması ilə yanaşı ispan qonaqların da qatıldığı tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçmiş cəsur hərbçilərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 27 sentyabr – Anım Günü münasibətilə xalqa müraciəti təqdim olunub.

Tədbiri giriş sözü ilə açan Barselona “Azərbaycan Evi” mərkəzinin sədri Kərim Kərimov qeyd edib ki, 27 sentyabr – Anım Günü Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunub. Bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş bütün qardaş və bacılarımızın əziz xatirəsi harada yaşamasından asılı
olmayaraq, hər bir azərbaycanlının ürəyində əbədi qalacaq.

Çıxış edən digər qonaqlar da Azərbaycanın parlaq qələbəsinin dünyanın hərb tarixinə düşdüyünü, 30 illik işğal faktına son qoyulmasını, ərazi bütövlüyünün təmin olunmasını Cənubi Qafqaz bölgəsinə sülhün gəlməsini uğurlu nəticə kimi qiymətləndiriblər.

loading...
Aydinyol.az