Oslo şəhərində Vətən müharibəsi şəhidləri yad edilib - FOTO

Oslo şəhərində Vətən müharibəsi şəhidləri yad edilib -  FOTO backend

Norveçdə fəaliyyət göstərən “CAN” diaspor təşkilatının təşəbbüsü ilə Oslo şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş aksiya təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Qazilər.az-a daxil olan məlumata görə, şəhərin mərkəzində baş tutan aksiya zamanı Vətən müharibəsi şəhidlərinə həsr olunmuş anım guşəsi yaradılıb. Soydaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş hərbçilərimizin fotolarını “Qarabağ Azərbaycandır!”, “Qəhrəmanlarımızın Anım Günü!”, “Şəhidlər Ölməz, Vətən bölünməz!” və sair şüarlarla nümayiş etdiriblər.

Tədbir yerli sakinlərin diqqətini cəlb edib.

loading...
Aydinyol.az