Azərbaycanda koronavirusdan sağalanların sayı artdı

Azərbaycanda koronavirusdan sağalanların sayı artdı backend

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 842 yeni yoluxma faktı qeydə alınıb, 2 062 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 483 128 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 457 144 nəfər müalicə olunaraq sağalıb, 6 513 nəfər vəfat edib. 19 471 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 668, bu günə qədər isə ümumilikdə 4 849 531 test icra olunub.

loading...
Aydinyol.az