Tələbə adını qazanmış şəhid ailəsi üzvlərinə və qazilərə pul mükafatı verildi - FOTO

Tələbə adını qazanmış şəhid ailəsi üzvlərinə və qazilərə pul mükafatı verildi -  FOTO backend

2021-2022-ci tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı təsis edilib.

Bu barədə Fonddan məlumat verilib.

Bildirilib ki, 2000 manat məbləğində olan birdəfəlik pul mükafatı bu gün tələbələrin bir qisminə təqdim edilib.

loading...
Aydinyol.az