Bu il 6 800-dək şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Bu il 6 800-dək şəxs üçün kiçik təsərrüfatlar yaradılıb backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində bu il artıq 6 800-dək şəxsə mal və materiallar formasında aktivlər verilib.

Nazirlikdən Qaziler.az-a verilən məlumata görə, verilmiş aktivlər hesabına onlar kiçik müəssisə və təsərrüfatlarını yaradıblar. Həmin şəxslərdən 3 317-si şəhid ailəsi üzvləri və qazilərdir.

Proqrama cəlb olunan şəxslər üçün əvvəlcə kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlara yiyələnmələri məqsədilə təlimlər təşkil olunur. Təlimləri uğurla başa vuran şəxslər seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.

Diaspora