Ramiz Mehdiyevin işçisindən “imam” açıqlaması: “Hər başdanxaraba cavab vermirik”

Ramiz Mehdiyevin işçisindən “imam” açıqlaması:  “Hər başdanxaraba cavab vermirik” backend

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) işçisi olan xanıma 13-cü imam olduğunu “təsdiqləyən” “sertifikat” verilməsi ilə bağlı məsələ barədə qurumdan növbəti açıqlama verilib.

AMEA-nın İctimaiyyətlə əlaqələr və analitik informasiya sektorunun müdiri Leyli Namiqqızı açıqlamasında bildirib ki, vəkil Aqil Layıc bu xanımın kimliyinə və onun AMEA-da hansı vəzifədə çalışdığına dair heç bir məlumat verməyib:

“Məlumat verildikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasında bu məsələ araşdırılacaq. İctimaiyyətin diqqətinə çatdırırıq ki, AMEA əməkdaşlarının işdən kənar fəaliyyətinə görə, qurum hər hansı bir məsuliyyət daşımır. İşdən kənar ictimai fəaliyyət hər kəsin şəxsi məsələsidir”.

11:12

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) işçisi olan xanıma 13-cü imam olduğunu “təsdiqləyən” “sertifikat” verilməsi ilə bağlı məsələyə AMEA-nın münasibəti bəlli olub.

AMEA-nın İctimaiyyətlə əlaqələr və analitik informasiya sektorunun müdiri Leyli Namiqqızı Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı heç bir açıqlama verilməyəcək:

“Hər başdanxarab durub bir şey yazacaq və bu boyda akademiya ona cavab vermək məcburiyyətində deyil”.

Qeyd edək ki, vəkil Aqil Layıc bildirib ki, AMEA-nın işçisi olan xanıma 13-cü imam olduğunu “təsdiqləyən” “sertifikat” verilib.

Məlumata görə, öncə xanımı inandırıblar ki, səndə qeyri-adi səmavi istedad var, adi insan deyilsən. Xanım da doğru olduğunu düşünüb, buna inanıb. Rəsmiləşdirməni tələb edib, nəticədə sertifikasiya ediblər.

“Hazırda iş üzrə istintaq aparılır. Qadına qarşı dələduzluq edən şəxslərin işi məhkəməyə göndəriləcək. “Sertifikat”ın verilməsi üçün AMEA işçisindən müəyyən miqdarda pul da alıblar”, - A.Layıc qeyd edib.

Xatırladaq ki, AMEA-nın prezidenti Ramiz Mehdiyevdir.

loading...
Aydinyol.az