Avqustun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, şimal-qərb və şimal küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturunun gecə 23-26°, gündüz 30-35° isti olacağı gözlənilir.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29°, Türkan, Hövsan, Şıx və Sahildə 29-30° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24° isti, gündüz 34-39° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gündüz hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21° isti, gündüz 26-31° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26° isti, gündüz 35-39° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gündüz hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25° isti, gündüz 32-37° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 34-39° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 16-23° isti, gündüz 28-33° isti olacağı gözlənilir.