Kərbəla ziyarətinə gedən bir qrup azərbaycanlı qazi orda Polad Həşimov, Etimad Əsədov, Müşviq Abbasov və digər qəhrəman şəhidlərimizin şəkillərini qaldıraraq Azərbaycan himinini oxuyublar.
Qazilər.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Qeyd edək ki, bu gün Kərbəla hadisələri zamanı öldürülən İmam Hüseynin şəhadətinin 40-cı günü olub. Kərbəlada olan qazilərimiz isə bu günü şəhidlərimizi anaraq qeyd ediblər.
Qazilər.az