Münhendəki Azərbaycan Evində şəhidlərimiz yad edilib - FOTO

Münhendəki Azərbaycan Evində şəhidlərimiz yad edilib -  FOTO backend

Almaiyanın Münhen şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Evinin rəhbəri Səttar Kərimov Qazilər.az-a bildirib ki, anım mərasimində Azərbaycan və Türkiyə icmalarının nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda həlak olan qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların Vətənimizə böyük xidmətlərinin və fədakarlıqlarının heç bir zaman unudulmayacağı bildirilib.

loading...
Aydinyol.az