Bu gün Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyulacaq

Bu gün Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyulacaq backend

“Keçən il dekabrın 2-də mənim sərəncamımla Azərbaycanda 27 sentyabr Anmı Günü kimi təsis edilib”.

Qaziler.az-ın məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev 27 Sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciətində bildirib.

Dövlət başçısı deyib ki, İkinci Qarabağ Müharibəsində şəhid olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bu gün bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirik: “Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq”.

Prezident İlham Əliyev qeyd edib ki, eyni zamanda bu gün Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyulacaq: “Bu da keçən ilin dekabrında mənim sərəncamımla həll olunan məsələdir. Bakı şəhərində şəhərimizin ən gözəl yerlərinin birinci İkinci Qarabağ Müharibəsi qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaq. Onu da bildirməliyəm ki, bu gün saat 12-də bütün ölkə üzrə bir dəqiqəlik sükut elan ediləcək”.

Diaspora