Vergilər Nazirliyi bələdiyyələri yeni dəyişikliklərlə bağlı məlumatlandırıb

Vergilər Nazirliyi bələdiyyələri yeni dəyişikliklərlə bağlı məlumatlandırıb backend

8 saylı Ərazi Vergilər İdarəsinə daxil olan İmişli rayon bələdiyyələrinin iştirakı ilə Vergilər Nazirliyi tərəfindən bələdiyyə vergi və ödənişlərinin hesablanmasını təmin edən yeni metodiki vəsaitlərin təqdimatı keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, vəsait bələdiyyə vergilərinin ödəyiciləri olan fiziki şəxslərin, onların əmlakının (torpağının) və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması, şəxslərin əmlak və torpaq vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisinin və yerli ödənişlərin hesablanması, ödənilməsi və uçota alınması qaydalarını özündə əks etdirir.

“Bələdiyyələrin statusu haqqında” Qanunda torpaq və əmlak vergiləri ilə bağlı edilmiş dəyişikliklərə əsasən, 2015-ci ildən fiziki şəxslərdən əmlak vergisinin əmlakın hər kvadratmetrinə uyğun hesablanaraq ödənilməsi nəzərdə tutulub. Yeni qaydalara görə, əmlakın, o cümlədən fiziki şəxsin yaşayış və qeyri-yaşayış sahəsinin 30 kvadratmetrinədək olan hissəsi ümumiyyətlə vergiyə cəlb olunmayacaq. Həmin sahədən çox olan hissəsinin hər kvadratmetrinə görə regionlardan asılı olaraq diferensiallaşma aparılmaqla vergi hesablanır.

Həmçinin, 2015-ci ildən yerli vergi və ödənişlərin nağd şəkildə ödənilməsi qanunla qadağan olunub.
Diaspora