“Şahdəniz” üçün yeni kredit ayrılıb

“Şahdəniz” üçün yeni kredit ayrılıb backend

Sindikatlaşdırılmış kreditin ümumi həcmi 1 milyar dollar təşkil edir. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsinin reallaşdırılması üçün "Lukoy" şirkətinə kredit ayırıb.



ANS PRESS –in məlumatına görə, sindikatlaşdırılmış kreditin ümumi həcmi 1 milyard dollar təşkil edir.

AYİB və Asiya İnkişaf Bankı hər biri 500 milyon dolları həcmində vəsaiti sindikatlaşdırılmış krediti kimi təqdim ediləcək. “LUKoyl”un xarici layihələr üzrə operatoru olan “LUKOIL Overseas” şirkəti çıxış edir.




Bank nümayəndəsi bildirib ki, razılaşma təstiq edilib və biz imzalanmanı gözləyirik.

Rusiyanın ən böyük özəl neft şirkəti layihədə iştirak payına əsasən “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsinin reallaşdırılmasına 3 mlrd. dollar vəsait ayıracaq.

“Şahdəniz” layihəsində “BP” (operator – 28,8%), “TPAO” (19%), Azərbaycan Dövlət Neft Şirkəti (16,7%), “Petronas” (15,5%), və “NICO” (10%) şirkətləri paya sahibdir.

"Lukoyl" şirkətini payı isə 10% təşkil edir. “Şahdəniz” yatağının ümumi ehtiyatları 1,2 mlrd. kubmetr həcmində qiymətləndirilir.

Hazırlanmasına başlanılan birinci mərhələdə 178 milyard kubmetr qaz (2014-cü il ərzində o 10 milyard kub metr təşkil etdi) çıxarlması nəzərdə tutur. Layihənin ikinci mərhələsi 28 milyard dollarda qiymətləndirilirdi. Bu mərhələ çərçivəsində qaz hasilatına 2018-ci ildə başlanılması gözlənilir.



"Lukoyl" şirkətinin ofisi

Diaspora