“91-lər”dən biri vəfat edib

“91-lər”dən biri vəfat edib backend

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, keçmiş deputat, məşhur “91-lər”dən olan Kərim Kərimov vəfat edib.  

Qaziler.az bildirir ki, K.Kərimov 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Kərim Hacıxan oğlu Kərimov 1936-cı il fevralın 18-də Qax rayonunun Qaxmuğal kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix, dil-ədəbiyyat fakültəsini bitirib. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub. 1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilib. Milli Məclisin İnsan hüquqları komissiyasının üzvü olub. 3 övladı var.

Diaspora