Bakıdakı DOST Mərkəzlərindəki vahid əlaqələndirmə mərkəzlərinə ötən dövrdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 687 şəxs müraciət edib.
Qazilər.az-a daxil olan məlumata görə, mərkəzlərə edilən müraciətlərin bölgüsü aşağıdakı kimi olub:
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 84 müraciət;
- Müdafiə Nazirliyi üzrə 363 müraciət;
- Səhiyyə Nazirliyi üzrə 21 müraciət;
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 46 müraciət;
- Yerli icra hakimiyyəti orqanları üzrə 60 müraciət;
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 20 müraciət;
- Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 93 müraciət.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanı ilə yaradılan vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri və qazilərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə 7 quruma aid 26 xidmət “bir pəncərə”dən, operativ və şəffaf şəkildə, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında göstərilir. İlkin mərhələdə bu mərkəzlər Bakıdakı DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyətə başlayıb.
Xatırladaq ki, vahid əlaqələndirmə mərkəzləri
- Yasamal,Səbail və Qaradağ rayonları üzrə 1 saylı Bakı DOST Mərkəzində (Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 86),
- Xəzər və Pirallahı rayonları üzrə 2 saylı Bakı DOST Mərkəzində (Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küç., 30 b),
- Nizami, Xətai, Sabunçu və Suraxanı rayonları üzrə 3 saylı Bakı DOST Mərkəzində (Nizami rayonu, Heydər Əliyev prospekti, 183 b.),
- Binəqədi, Nəsimi və Nərimanov rayonları üzrə 4 saylı Bakı DOST Mərkəzində (Binəqədi rayonu, Ziya Bünyadov prospekti, 31-03) fəaliyyət göstərir.