Caliber.az kollektivinə ağır itki üz verib. Tanınmış tarixçi və jurnalist Zaur Mehdiyev ötən gecə qəfildən dünyasını dəyişib.
1990-cı il təvəllüdlü Zaur Mehdiyev Belarus Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, Qafqaz Albaniyası tarixi üzrə ixtisaslaşmışdı. O, yerli jurnalistikada da iz qoyub, Azərbaycanın bir sıra mətbu orqanları ilə əməkdaşlıq edib. Caliber.Az-da qısa müddət işləməsinə baxmayaraq, o, tanınmış xarici siyasətçilər və ekspertlərlərdən çox sayda müsahibələr almışdı.
Qeyd edək ki, 30 yaşlı jurnalist heç bir ciddi xəstəlikdən əziyyət çəkmirdi.
Allah rəhmət eləsin!