“Vətənimə xidmət edirəm” layihəsinə start veriləcək

“Vətənimə xidmət edirəm” layihəsinə start veriləcək backend

“İrəli” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Vətənimə xidmət edirəm” layihəsinin icrasına başlanılacaq.


İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi Vətənə əzmlə xidmət etmək prinsiplərini təbliği ilə gənclərdə vətənpərvərlik ruhunu yüksəltməkdir.

Layihə çərçivəsində hazırlanacaq videoçarxda vətənpərvərlik prinsiplərinin gənclər arasında təbliği ön plana çəkiləcək. Filmdə Vətəninə, xalqına, dövlətinə ləyaqətlə xidmət edən insanlar cəmiyyətdə nümunə olduqları qeyd olunacaq.
Diaspora