Son 6 ayda koronanın əlimizdən aldığı məşhurlar

Son 6 ayda koronanın əlimizdən aldığı məşhurlar backend

Son 6 ayda 5 məşhur sənətçimiz ard-arda koronavirusdan dünyasını dəyişib.

Kult.az onların siyahısını təqdim edir:

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) aprelin 5-də 76 yaşında koronavirusdan dünyasını dəyişib. O, qaraciyər serrozundan əziyyət çəkirdi. Xalq artistinin müalicə aldığı xəstəxanada koronavirusa yoluxması digər xəstəliklərini daha da şiddətləndirmişdi.

Əməkdar artist Baloğlan Əşrəfov aprelin 7-də koronavirusdan dünyasını dəyişib. Qeyd edək ki, B.Əşrəfov 2007-ci ildə qaraciyər serrozundan əziyyət çəkdiyi üçün Türkiyədə əməliyyat olunmuşdu. Uzun müddət müalicə alan sənətkara qaraciyər köçürülmüşdü.

Xalq artisti Arif Quliyev (70 yaş) may ayının 7-də koronavirusdan dünyasını dəyişib. O, müalicə aldığı xəstəxanada süni tənəffüs aparatına qoşulmuş, ağ ciyərlərinin 90 faizi buzlaşmışdı.

Xalq artisti Səməd Səmədov iyulun 24-də 74 yaşında koronavirusdan vəfat edib. Müğənni ağır vəziyyətdə Yeni Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Əməkdar artist Yaqub Zurufçu (65 yaş) 14 sentyabrda koronavirusdan müalicə aldığı Yeni Klinikada dünyasını dəyişib.

Diaspora