Könül Rüstəmxanlı Binəqədidə torpağa tapşırıldı

Könül Rüstəmxanlı Binəqədidə torpağa tapşırıldı backend

Dünən yol qəzasında dünyasını dəyişən “Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşı və "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının bacısı Könül Rüstəmxanlı Binəqədi kənd qəbiristanlığında torpağa tapşırılıb. Lent.az-ın məlumatına görə, mərasimdə millət vəkili Sabir Rüstəmxanlı, mərhumun qohumları, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, dünən saat 15.30 radələrində Masallı-Yardımlı yolunda 90-LB-944 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobilin dərəyə aşması nəticəsində maşında olan 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan digər sərnişin Əliyeva İlahə Xudu qızı isə xəsarət alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı “Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşı, xəsarət alan İlahə Əliyeva isə bacısıdır.
Diaspora