Balakəndə 36 yaşlı kişi ehtiyatsızlıqdan yanıb. APA TV-nin yerli bürosunun məlumatına görə, rayonun İtitala kənd sakini, 1979-cu il təvəllüdlü Əli Xəlilbəy oğlu Kərimov yanıq xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.
Məlum olub ki, 36 yaşlı Əli Kərimovun yaşadığı ünvanda odun doğrayan motoru təmir etdikdən sonra siqaret çəkərkən benzin ilə əllərini yuyub. Bu zaman benzin onun üzərinə dağılıb və siqaretdən od düşüb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Əli Kərimova bədənin 80 faizini əhatə edən 1,2,3 və 4-cü dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir. Xəstə təcili olaraq Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.Siqaret çəkə-çəkə əlini benzinlə yudu - YANDI

