Yaqub Zurufçu dəfn olunub FOTO

Yaqub Zurufçu dəfn olunub FOTO backend

Əməkdar artist Yaqub Zurufçu dəfn olunub.

APA-nın məlumatına görə o, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə sənətkarın ailə üzvləri, yaxınları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.

Əməkdar artistin həyat yoldaşı Aynur Zurufçu jurnalistlərə açıqlamasında Yaqub Zurufçunun bütün varlığı ilə Azərbaycana bağlı olduğunu deyib:

“Neçə gündür ki, istər dövlət, istərsə də xalqdan dəstək görürəm. Təəssüf ki, pandemiya onu istədiyimiz kimi dəfn olunmağa imkan vermədi. Nə qədər Azərbaycan var, Yaqub bəy də olacaq”.

Qeyd edək ki, Əməkdar artist dünən koronavirusdan vəfat edib.

***

12:40

 

Müalicə olunduğu xəstəxanada vəfat edən Əməkdar artist Yaqub Zurufçunun nəşi ailəsinə təhvil verilib.

APA-nın verdiyi məlumata görə, hazırda 1 Saylı Şəhər Klinik Xəstəxanasının həyətində onunla vida mərasimi keçirilir.

Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Xatırladaq ki, koronavirusa yoluxan Əməkdar artist dünən vəfat edib.