Daha 151 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub

Daha 151 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub backend

Son beş ayda Bakı, Sumqayıt, Mingəçevir şəhərlərini və Şəmkir, Qəbələ, Ucar, Biləsuvar, Samux, Qax, Zaqatala, Oğuz, Ağsu, Tovuz rayonlarını əhatə edən 151 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub.



Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı “Fəaliyyət Planı”na uyğun reallaşdırılan bu işlər ölkədə tədris prosesinin daha səmərəli qurulmasına şərait yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq təhsildə müsbət təcrübənin ötürülməsini təmin edir.

Bu günədək ATŞ-yə 1971 təhsil müəssisəsi qoşulub. Şəbəkəyə qoşulmuş təhsil müəssisələri yüksək sürətli internetlə təmin olunub, onların şəbəkə daxilində bir-biriləri və nazirliyin qurumları ilə əlaqələndirilməsi təmin edilib.

Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də şəbəkə vasitəsilə elektron resurslardan istifadə imkanı qazanıblar. ATŞ-də istifadə edilən “Websens” proqramının internet filtrasiya sistemi vasitəsilə məktəblilər üçün zərərli hesab edilən veb-saytlara giriş məhdudlaşdırılıb.
Diaspora