Ramin Bayramlı istefa verdi

Ramin Bayramlı istefa verdi backend

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı istefa verib.

Qaziler.az xəbər verir ki, bununla bağlı o, özünün tvitter hesabında yazıb.

R.Bayramlı tvitter hesabında bunları yazıb:

"Hörmətli dostlar!

Artıq TƏBİB-in İdarə Həyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm.

İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm.

Bundan sonra da Vətənimə və Xalqıma xidmətimi davam etdirəcəyəm".

 

Diaspora