Nazir polkovnik-leytenantı yeni vəzifəyə təyin etdi

Nazir polkovnik-leytenantı yeni vəzifəyə təyin etdi backend

Daxili işlər orqanlarında yeni təyinat olub. 

Qaziler.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, polis polkovnik-leytenantı İrza Nağıyev Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsindən azad edilib.

O, Gəncə Beynəlxalq Hava Limanında Xətt Polis Şöbəsinin rəisi təyin olunub. (oxu.az)

Diaspora