Etibar Yusifov 2 il azadlıqdan məhrum edilə bilər

Etibar Yusifov 2 il azadlıqdan məhrum edilə bilər backend

Dövlət bayrağını və dövlət gerbini təhqir etmək cinayət xarakteri daşıyır. Cinayət Məcəlləsinin 324-cü maddəsinə əsasən, bayraq və gerbimizi hansısa bir formada təhqir etmək və yaxud təhqir olunmasına göstəriş vermək 1 ilədək azadlıqdan məhrum etmə və ya 2 ilədək azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

Bu sözləri Axar.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov deyib.

O qeyd edib ki, Oğuz rayonunda baş verən hadisə mənəvi cinayətdir:

“Şəhid məzarından əklilin və dövlət bayrağının götürülməsi ilk növbədə mənəvi pozuntudur. Böyük təəssüf hissi doğurur”.

Xatırladaq ki, Oğuz rayon icra başçısının müavini Etibar Yusifov şəhidimizə, eləcə də bayrağımıza qarşı hörmətsizlik edib. O, şəhid məzarları üzərindən təzə əklilləri və dövlət bayrağını götüzdürüb və zibillik əraziyə tullatdırıb. Hadisə şəhidin atası tərəfindən videoya çəkilərək, yayılıb.