Bakıya göndərilən türk generallar - FOTO

Bakıya göndərilən türk generallar -  FOTO backend

Avqustun 25-də Türkiyə Yüksək Hərbi Şuranın toplantısı keçirilib.

Qazilər.az Teleqraf.com-a istinadən xəbər verir ki, həmin toplantıda Bakıda Türkiyə Silahlı Qüvvələrini təmsil edəcək generalların adları bəlli olub.

Qərarla Azərbaycanda Xidmət Qrupu Komandanlığına 4 general təyin edilib.

Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi, general-mayor Bəxtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığına təyin edilməklə Türkiyə Baş Qərargahının əmrinə verilib.

General Abdulla Qatırçı da Azərbaycan Xidmət Qrupu Komandanlığının Birgə Mərkəz Komandanlığına təyin edilməklə Egey Ordu Komandanlığına təyinat alıb.

General Ender Güner Azərbaycan Xidmət Qrupu Komandanlığının qərargah rəisi təyin edilib.

Bununla yanaşı Türkiyə Silahlı Qüvvələrinin Bakıdakı hərbi atteşesi də dəyişib. Yeni hərbi atteşe general Zəkəriyyə Yalçın təyin olunub.