Azərbaycanda sabah hava necə olacaq? - PROQNOZ

Azərbaycanda sabah hava necə olacaq? - PROQNOZ backend

Avqustun 5-də Bakı və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq, cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 24-27 dərəcə, gündüz 33-37 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 21-26, gündüz 34-39, bəzi yerlərdə 42 dərəcə, dağlıq rayonlarda gecə 16-21, gündüz 29-34 dərəcə isti olacaq.
Diaspora