Nikah üçün tibbi arayışı “ASAN” verəcək

Nikah üçün tibbi arayışı “ASAN” verəcək backend

Artıq nikaha daxil olmaq istəyən vətəndaşlar tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı pilot layihə çərçivəsində 5 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Respublika Diaqnostika Mərkəzindən əldə edə bilərlər.

Lent.az-ın məlumatına görə, vətəndaşların tibbi müayinədən keçdiklərini təsdiq edən arayış 5 iş günü müddətində veriləcək və bunun üçün dövlət rusumu ödənilmir.
Arayışın əldə edilməsi üçün zəruri olan sənədlər:

- Nikaha daxil olmaq istəyən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;
- Nikahın qeydə alınması üçün doldurulmuş ərizə-anketin surəti.

Qeyd edək ki, yalnız “ASAN xidmət” mərkəzləri daxilində nikaha daxil olmaq istəyən şəxslər bu xidmətdən yararlana biləcəklər.
Diaspora