Flora Kərimova Prezident təqaüdünün ilk ayını qazilərə verdi

Flora Kərimova Prezident təqaüdünün ilk ayını qazilərə verdi backend

Azərbaycanın Xalq artisti, "Şərəf" ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qaziləri arasında bölüb.

Qaziler.az News24.az-a istinadən xəbər verir ki, Xalq artisti təqaüdünü 2 qaziyə verib.

Həmin qazilər isə erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlər zamanı ağır yaralanan Rəvan Əzizovdur.