Naxçıvanda ARXEOLOJİ EKSPEDİSİYLAR davam edir

Naxçıvanda ARXEOLOJİ EKSPEDİSİYLAR davam edir backend

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, Arxeologiya və Etnoqrafiya İnstitutunun Ordubad (Naxçıvan MR) ərazisində fəaliyyət göstərən Xaraba-Gilan arxeoloji ekspedisiyası Plovdağ abidələr kompleksində, Dəlmə qalasında və Xaraba-Gilan şəhər yerində tədqiqatları davam etdirməkdədir. Arxeoloji ekspedisiyanın rəhbəri, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlinin bildirdiyinə görə, cari ilin tədqiqat mövsümünün ilkin mərhələsində Plovdağın ikinci nekropolunda 7 kurqan tədqiq edilmişdir. E.ə. III minilliyin sonu-II minilliyin əvvəllərinə aid bu kurqanlarda Urmiya yaxınlığında yerləşən Göytəpə abidəsinin K təbəqəsi keramikasına uyğun gil qablar aşkar edilib. Daha çox Naxçıvanda və Urmiya ətrafı abidələrdə yayılmış bu tip keramika, hər iki bölgənin orta tunc dövründə vahid arxeoloji mədəniyyət arealında olduğunu sübut edir.

Həmçinin, qeyd edək ki, Naxçıvan Universiteti tarix fakültəsinin birinci kurs tələbələri Xaraba-Gilan arxeoloji ekspedisiyasında iki həftəlik təcrübə keçmişlər.



Plovdağda tunc dövrünə aid aşkar edilmiş insan qalıqları (skeletlər), AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Vəli Baxşəliyevin rəhbərlik etdiyi Azərbaycan-Amerika Beynəlxalq Arxeoloji Ekspedisiyasının üzvü, Çikaqo Universitetinin antropoloqu Selin Elizabeth Nugent tərəfindən tədqiq edilməkdədir.



Diaspora