Azərbaycan şirkəti İranda zavod tikmək istəyir

Azərbaycan şirkəti İranda zavod tikmək istəyir backend

Azərbaycan şirkəti İranda zavod tikmək istəyir. Trend-in məlumatına görə, bunu İran-Azərbaycan hökumətlərarası komissiyasının iclasından əvvəl tərəflər arasında keçirilən görüşdə İranda səfərdə olan Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.



Ş.Mustafayev bildirib ki, Azərbaycanın 6 şirkəti qarşılıqlı sərmayələr sahəsində İranla əməkdaşlıq edir. Şirkətlərin biri İranda zavod tikmək istəyir: “Bəzi problemlər var. Onun həlli üçün də Ticarət Palatasında danışıqlar aparılacaq. “Iranxodro” Azərbaycanda zavod tikmək istəyir. Biz onu alqışlayırıq və ona yer verməyə hazırıq”.

Ş.Mustafayev deyib ki, İran və Azərbaycan əczaçılıq, turizm, viza sahəsində əməkdaşlıqlarını davam etdirir.

Nazir əlavə edib ki, 2013-cü ildə Azərbaycandan İrana 500 min turist gəlmişdisə, 2014-cü ildə 800 min turist gəlib ki, bu da böyük göstəricidir.
Diaspora