“Maşa və ayı”nın Azərbaycan buraxılışı niyə “YouTube”dan silinib? - AÇIQLANDI

“Maşa və ayı”nın Azərbaycan buraxılışı niyə “YouTube”dan silinib? -  AÇIQLANDI backend

“Maşa və Ayı” cizgi filminin istehsalçısı olan “Animakkord” şirkətinin direktoru Dmitri Loveyko Azərbaycan nağılı əsasında çəkilmiş “Balaca cırtdan” (Малыш Джыртдан) bölümünün cizgi serialının “YouTube” kanalından silinməsinə aydınlıq gətirib.

O, News.ru portalına açıqlamasında bunun titrlərdə olan yanlışlığın düzəldilməsilə bağlı olduğunu bildirib.

Onun sözlərinə görə, səhv aradan qaldırıldıqdan sonra həmin seriya yenidən videoservisə qaytarılacaq.

Loveyko həmçinin Azərbaycan nağılları əsasında daha iki bölüm hazırlandığını, seriyalar üzərində işlər tamamlandıqdan sonra onların da “YouTube” kanalında izləyicilərə təqdim olunacağını qeyd edib.

Mənbə: News.ru