AzTV-dəki kadr dəyişikliyi iddialarıyla bağlı - Açıqlama

AzTV-dəki kadr dəyişikliyi iddialarıyla bağlı -  Açıqlama backend

"Televiziyamızın kadr strukturunda da hər hansı dəyişiklik baş verməyib, əməkdaşlarımızın hər biri öz işinin başındadır".

Qaziler.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Televiziyasının (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva məlumat verib.

Onun sözlərinə görə, bu gün bəzi saytlarda AzTV-də kadr dəyişikliyi ilə bağlı xəbər yayılıb:

"Həmin informasiyalarda məsul şəxslərin adları çəkilir və onların AzTV-dəki işindən azad olunduğu və ya yerdəyişmələr edildiyi bildirilir. Bu məlumatların heç bir əsası yoxdur.

Bir daha bildiririk ki, hər hansı məlumatı dəqiqləşdirmədən, TV-nin mövqeyini öyrənmədən yalan və əsassız materialları ictimaiyyətə ötürmək “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunla zidiyyət təşkil edir. Eyni zamanda, əsassız məlumatlar yaymaq məsuliyyətsizliklə yanaşı, oxuculara hörmət etməkdir".

Diaspora