Azərbaycanın əməkdar artisti vəfat edib

Azərbaycanın əməkdar artisti vəfat edib backend

Azərbaycan SSR-in Əməkdar artisti Tamilla Ağamirova ömrünün 94-cü ilində vəfat edib.

Qazilər.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə “Romen” teatrından məlumat veriblər.

Xatırladaq ki, 2021-ci il iyulun 2-də onun həyat yoldaşı, SSRİ Xalq artisti, “Romen” teatrının bədii rəhbəri Nikolay Sliçenko vəfat edib.

Tamilla Ağamirova 1951-ci ildə Bakı Teatr İnstitutunu bitirib. 1952-ci ildən etibarən fəaliyyət göstərdiyi "Romen" teatrında baş rollar ifa edib. O, daha çox “Don Kixot”, "Onun böyük ürəyi", "Əsl dost", "Matteo Falkone", "Kuba novellası", "Stalinqrad" filmlərində, həmçinin “Romen” teatrının səhnəsində canlandırdığı rollara görə tanınıb.