Gəncədə küçədə tapılan körpə ilə bağlı polis tərəfindən araşdırma aparılıb.
DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqın Qasımov APA-nın yerli bürosuna bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsi Nizami rayon polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində məlum olub ki, uşağı polisə təhvil verən Şəmkir rayon sakini Tural Tağıyev olub. O, körpənin anası - Zaqatala rayon sakini Esmira Məmmədova ilə birlikdə əvvəlcədən razılığa gəldikləri kimi uşağı polisə təhvil verib. Hazırda Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində həmin şəxslər barəsində araşdırmalar davam etdirilir.
Qeyd edək ki, avqustun 30-u gecə saatlarında bir nəfər şəxs Gəncə şəhərində xidmət aparan Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşına yaxınlaşaraq şəhər ərazisində küçədə kimsəsiz, 5-6 aylıq qız uşağı tapdığını bildirib. Polis əməkdaşları dərhal onu 2 saylı Uşaq Xəstəxanasına yerləşdiriblər və orada həkimlər körpəni müayinə ediblər.



