Britaniya səfiri Azərbaycan sülhməramlılarına təşəkkür etdi

Britaniya səfiri Azərbaycan sülhməramlılarına təşəkkür etdi backend

Böyük Britaniyanın Bakıdakı səfiri Ceyms Şarp Əfqanıstanda xidmət etmiş Azərbaycan sülhməramlı qüvvələrinə təşəkkür edib.

Qazilər.az xəbər verir ki, bu barədə səfir “Twitter” hesabında bildirib.

“Əfqanıstanda xidmət etmiş 120 Azərbaycan sülhməramlısına, Böyük Britaniya və NATO tərəfdaşlarının Kabil Hava Limanını təxliyələr zamanı təhlükəsiz saxlamağa kömək etdikləri üçün minnətdarıq. Onların sağ-salamat Azərbaycana qayıtdıqlarını eşitməkdən məmnunluq duyuruq”, - səfir qeyd edib.