Xankəndində separatçı erməni “nazir" Babəkin qeybətini kiminlə etdi?..

Xankəndində separatçı erməni “nazir" Babəkin qeybətini kiminlə etdi?.. backend

Yəqin ki, AMEA-nın Tarix institutu müsəlman ölkəsinin bətnində qara yaraya dönmüş  separatçı erməni rejiminin “naziri”ndən həvəslə müsahibə götürən üzdəniraq ərəb alimi virtual olsa da tapıb başa salacaq...

 

"Ərəblər və ərəb sivilizasiyası ilə əlaqələrimiz əsrlərin dərinliklərinə gedib çıxır. Məsələn, qeyd etmək istərdim ki, bir vaxtlar Artsax İslam tarixində həlledici rol oynayıb. IX əsrdə İslamın üzləşdiyi ən böyük təhdidlərdən birini - Babək üsyanını (816-837) zərərsizləşdirən Artsax oldu. Əgər həmin qiyam uğurla nəticələnsəydi, bəlkə də bu gün İslam sivilizasiyası olmazdı”.

 

Moderator.az xəbər verir ki, Ermənistan nəşrlərinin yazdığına görə, bu sərsəm fikirləri Azərbaycan Respublikasının müvəqqəti olaraq Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin nəzarətində qalan ərazisindəki separatçı-terrorçu rejimin “xarici işlər naziri” sayılan David Babayan adlı meymunabənzər məxluq tarix elmləri doktoru Cavad əl-Baydaniyə Almotaqaf.com ərəb informasiya-analitik saytı üçün müsahibəsində bildirib.

 

Daha sonra D.Babayan qondarma 1915-ci il “erməni soyqırımı” zamanı ermənilərin İraq, Suriya, Livan Misir və s. ərəb ölkələrinə sığınmasından danışıb, “Türkiyənin İslam dünyası üçün təhlükə təşkil etməsi” haqda kəşfini ərəb tarixçinin diqqətinə çatdırıb.

 

Zəruri şərh:

 

Xatırladaq ki,  Hürrəmilər üsyanı məğlubiyyətə uğradıqdan sonra,  837-ci ildə Babək  əvvəllər onun müttəfiqi olmuş, bəzi tarixi mənbələrin erməni, digərlərinin isə alban kimi təqdim etdiyi Şəki(“Sünik”) hakimi Səhl ibn Sunbatın xəyanəti nəticəsində  onun mülkündə ərəblər tərəfindən ələ keçirilib.

 

Yəqin ki, bizim tanınmış tarixçilər, xüsusən də AMEA-nın Tarix institutu müsəlman ölkəsinin ərazisində qara yaraya dönmüş  separatçı erməni rejiminin “naziri”ndən həvəslə müsahibə götürən həmin üzdəniraq ərəb alimi virtual olsa da tapacaq və ona Babək üsyanının İslama qarşı deyil, qəsbkar, zülmkar ərəb rejimlərinə qarşı olmasından, işğalçı, terrorçu ermənilərin  vaxtilə Türkiyədə, Bakıda, Qarabağda, Xocalıda və s. dinc müsəlman əhaliyə qarşı törətdikləri qətliamlar, dağıtdıqları, yer üzündən sildikləri məscidlər və digər İslam abidələri və s. haqda danışacaq...

Diaspora