Karantin rejimi ilə bağlı sabahdan bu məhdudiyyətlər qüvvəyə minir

Karantin rejimi ilə bağlı sabahdan bu məhdudiyyətlər qüvvəyə minir backend

Sentyabrın 1-dən karantin rejimi ilə bağlı bir sıra məhdudiyyətlər tətbiq olunacaq.

Sabahdan etibarən iri ticarət mərkəzlərinə, mehmanxanalara və ictimai iaşə müəssisələrinə giriş yalnız COVID pasportu ilə olacaq. Eyni zamanda, COVID pasportu ali təhsil müəssisələrində tələbələrdən də istəniləcək.

Sentyabrın 1-dən həmçinin 50 nəfərədək insanın iştirak etdiyi toylarda COVID-19 pasportunun təqdim olunması tələb olunacaq.

Beləliklə, 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır. 

Mövcud tələblərlə bağlı qanun pozuntuları aşkar olunduğu təqdirdə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə vəzifəli şəxslər 4 000 manatdan 5 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 11 000 manata qədər cərimə olunacaqlar.

Qeyd edək ki, ictimai iaşə obyektlərində monitorinqlər, habelə 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. (xezer.xeber.az)

Diaspora