DGK maraqlı faktları açıqladı: “Patı” ölkəyə necə daxil olur? – VİDEO

DGK maraqlı faktları açıqladı:  “Patı” ölkəyə necə daxil olur? – VİDEO backend

2021-ci ildə Azərbaycana gətirilən narkotiklərin 96 faizi insanı zombiyə çevirən kimyəvi maddələr olub.

Qazilər.az xəbər verir ki, bu barədə ARB24-də hazırlanan süjetdə bildirilib.

Məsələ ilə bağlı açıqlama verən DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərov bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə  bu il narkotiklərin tranzit daşınma faktı 4-dən 15-dək yüksəlib:

“Narkotiklər Azərbaycana İran və Avropadan gətirilir. Ən öndə isə İran dayanır və cənub sərhədlərimizdən bu vasitələr ölkəyə daxil olur. Əməliyyat məlumatı olmadan belə bir faktları aşkar etmək mümkün deyil. Hazırda narkotikləri ölkəyə inanılmaz üsullarla gətirirlər. Bu yaxınlarda maraqlı fakt qeydə alındı. Zahiri görünüşcə kartofa bənzəyən narkotik vasitəni 20 kq-lıq kisələrə doldurmuşdular. Başqa bir fakt isə narkotiki propan qazı ilə dolu olan balonların içərisinə yığılması olub. Gömrükçü onu açsa, partlayardı. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəli, bizim giriş məntəqəmizdə əməkdaşlarımız onu vaxtında aşkar edə bilməmişdi. Amma ölkədən çıxarkən, Rusiyada onun qarşısını almışdıq”.

Daxili İşlər Nazirliyinin əməkdaşı Ağgül Həmdizadə isə bildirib ki, əvvəllər çox baha qiymətə satılan metamfetamin hazırda kifayət qədər ucuzlaşaraq, hər kəs üçün əlçatan olub:

“Qiymətin ucuz olması səbəbindən belə bir qənaətə gəliblər ki, bu, yəqin ölkədə istesal olunur. Lakin bu, tamamilə əsassızdır. Bütün məlumatlar yoxlanılıb. Sözügedən maddələrin respublikamızda istehsal olunması ilə bağlı heç bir məlumat təsdiqini tapmayıb. Qiymətin  bu qədər ucuz olması onunla izah olunur ki, bu maddələrin satışı ilə məşğul olanlar ilk dövrlər ziyana düşsələr də, daha ucuz qiymətə təklif edirlər. Çünki  ilkin istifadədən sonra asılılıq yaradır, insanlar nə yolla olursa-olsun onu əldə etməyə çalışacaqlar”.