Qarabağ qazisi intihar etdi

Qarabağ qazisi intihar etdi backend

İkinci qrup Qarabağ qazisi Rövşən Məmmədov intihar edib. 

Bu barədə məlumatı Qaziler.az saytına "Qarabağ qaziləri" ictimai birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu verib. 

"Əslən Cəbrayıl rayonundan olan Məmmədov Rövşən sonuncu dəfə  25 ildir ala bilmədiyi sığorta pulunu almaq üçün "Azərsığorta"ya gedib. Verməyiblər. Orada əsəbləşib və gedib özünü asıb! Bu insan konkret olaraq kasıblıqdan əziyyət çəkdiyi üçün intihar edib! Qazilər arsında "köhnə", "təzə qazi", 1-ci, 2-ci müharibə ayrı-seçkiliyin dərhal dayandırmaq lazımdır!" - deyə R.Kərimoğlu bildirib.

Rövşən Məmmədov 1992 -94 cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib və ağır yaralanıb.

“Qarabağ qaziləri” ictimai birliyinin, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun və Qaziler.az saytının kollektivi Qarabağ qazisi Rövşən Məmmədovun ölümündən kədərləndiyini və narahatlığını bildirir, onun yaxınlarına dərin hüznlə başsağlığı verir!

 

Allah rəhmət eləsin!

Diaspora