Beş bacının tək qardaşı olan şəhid Əli Cəfərovun doğum günüdür - VİDEO

Beş bacının tək qardaşı olan şəhid Əli Cəfərovun doğum günüdür -  VİDEO backend

Bu gün Vətən Müharibəsi şəhidi Əli Cəfərovun şəhadətindən sonra ilk doğum günüdür. 

Əli Cəfərov 1993-cü ildə Astara dünyaya göz açıb. Beş bacının tək qardaşı kimi böyüyüb. 

O, Astara rayon Uşaq-Gənclər İdman Məktəbində sərbəst güləşlə də məşğul olub. 

2011-13-cü illərdə kəşfiyyatçı kimi hərbi xidmət keçib. 

Vətən müharibəsinə könüllü qatılan Əli Cəfərov Talış və Suqovuşanın, Murovdağ yüksəkliyinin alınmasında misilsiz şücaət göstərib. 

Elə Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. 2020-ci ilin 4 noyabr tarixində doğulduğu kənddə - Astara rayonunun Maşxan kəndində dəfn olunub. 

Ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. 

Allah rəhmət eləsin.