Təhsil Nazirliyinə daxil olan müraciətlərlə bağlı statistika açıqlanıb

Təhsil Nazirliyinə daxil olan müraciətlərlə bağlı statistika açıqlanıb backend

İyulda Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.



Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 9 min 501 və Kommutator xidmətinə üç minədək zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 5 min 950 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. 717 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada nazirliyin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1376 sənəd (738 məktub, 598 ərizə, 40 digər sənədlər) qəbul edilib və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdə daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), xüsusi istedada malik uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu, xaricdə təhsil üzrə Dövlət Proqramı ilə bağlı məsələlər əksini tapıb.
Diaspora